Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda taksi duracaqları və minib-düşmə yerləri yaradıldı

2 dəq
Paylaş:
Bakıda taksi duracaqları və minib-düşmə yerləri yaradıldı

Bakıda daha 10 ünvanda tibb və sosial xidmət müəssisələrinin qarşısında minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq "3.28" – "durmaq qadağandır", "5.14" – "minik taksilərinin duracaq yeri" nişanları və xüsusi hərəkət zolağında məlumat lövhələri quraşdırılıb.

Cavadxan küçəsi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısı (minib-düşmə yeri);

İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);

prospekti, 3 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);

Ziya Bünyadov prospekti, 4 saylı Bakı DOST Mərkəzinin qarşısı (avtobus zolağında minib-düşmə yeri);

Abbas Mirzə Şərifzadə küçəsi, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı (minib-düşmə yeri);

9-cu köndələn küçəsi, 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin yanı (minib-düşmə yeri);

Hüseynbala Əliyev küçəsi, metronun "Memar Əcəmi" stansiyasının yaxınlığı (minib-düşmə yeri);

Süleyman Sani Axundov küçəsi, metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığı (minib-düşmə yeri və duracağı);

Füzuli küçəsi, "28 Mall"un yanı (minib-düşmə yeri);

Şəmsi Bədəlbəyli küçəsi, "28 Mall"un yanı (avtobus zolağında minib-düşmə yeri).

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə