Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

WUF13 xüsusi zolaqları sabahdan ləğv edilir - Rəsmi qərar

2 dəq
Paylaş:
WUF13 xüsusi zolaqları sabahdan ləğv edilir - Rəsmi qərar

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının () təminatı çərçivəsində təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, sabahdan sözügedən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları yığışdırılacaq. Yol nişanları çıxarılmış zolaqlar qüvvədən düşmüş hesab olunacaq və bu zolaqlara daxil ola biləcəklər.

Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarına əsasən, Mehdi Abbasov küçəsində təşkil edilən xüsusi hərəkət zolağı qüvvədə saxlanılacaq. Bununla da bu ərazidən keçən ictimai nəqliyyatın maneəsiz və fasiləsiz hərəkəti təmin ediləcək.

Sürücülərdən diqqətli olmaq və yol nişanları olan zolaqlarda qanunun tələbinə riayət etmək xahiş olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax