Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ətraf Mühit Gününün tarixi açıqlandı

2 dəq
Paylaş:
Ətraf Mühit Gününün tarixi açıqlandı

Təşkilatının Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində iyunun 5-də Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, tədbir "Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə" mövzusu altında keçiriləcək.

Azərbaycan Ümumdünya Ətraf Mühit Günü ilə bağlı estafeti 2024-cü ildə Koreyada keçirilən tədbirdə qəbul edib.

Qeyd edək ki, 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilən Ümumdünya Ətraf Mühit Günü milyonlarla insanı bir araya gətirən ətraf mühit sahəsində qlobal platformadır.

Azərbaycan qorunan təbiət ərazilərinin genişləndirilməsi, biomüxtəlifliyin qorunması, ekosistemlərin bərpası və iqlim dəyişmələri ilə mübarizə istiqamətində fəaliyyətini davam etdirir. Ölkə, həmçinin Paris Sazişi tərəfi kimi emissiyaların azaldılması öhdəliyini götürüb və bərpa olunan enerji sahəsini genişləndirir.

-a ev sahibliyinin yaratdığı dinamikanı davam etdirən Azərbaycan bu tədbir vasitəsilə əməkdaşlığın daha da gücləndirilməsinə və ekoloji öhdəliklərin praktik fəaliyyətə çevrilməsinə töhfə verməyi hədəfləyir.

Azərbaycan və BMT-nin Ətraf Mühit Proqramı bütün tərəfləri Ümumdünya Ətraf Mühit Gününə qoşulmağa və ətraf mühitin qorunması naminə birgə fəaliyyət göstərməyə dəvət edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax