Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Məmməd Namazov küçəsində məhkuma məxsus avtomat aşkarlanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində gizlədilmiş silah-sursat tapılıb.
Məlum olub ki, məhkum tərəfindən həbs edilməmişdən əvvəl sözügedən ərazidə, əsas yoldan kənarda daşların arasında 1 ədəd "AKS-74U" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 5 ədəd 5.45 kalibrli güllə gizlədilib. Həmin maddi sübutlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.