Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurluğu baş verdi

1 dəq
Paylaş:
Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurluğu baş verdi

Binəqədi rayonunda şirkətlərin birindən oğurluq edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Naməlum şəxslər axşam saatlarında 539 metr uzunluğunda naqilini oğurlayıblar. Zərərçəkənə dəyən maddi ziyanın miqdarı 7000 manatdır.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 R.Babayev və 27 yaşlı Ş.Şahbazov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların bir müddət öncə həmin şirkətdə çalışdıqları və işdən çıxdıqdan sonra talama cinayətini planlaşdırdıqları məlum olub. Həmçinin saxlanılan şəxslərin oğurladıqları elektrik naqilini əlvan metal qəbulu məntəqəsinə satdıqları da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax