Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıda və bir sıra rayonlarda dumanlı hava şəraiti müşahidə olunur

2 dəq
Paylaş:
Bakıda və bir sıra rayonlarda dumanlı hava şəraiti müşahidə olunur

Yanvarın 31-i saat 13:00-a olan məlumata əsasən, ölkənin bir sıra ərazilərində dumanlı qeydə alınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakı və Abşeron yarımadası ilə yanaşı, , Şərur, Şahbuz, Ordubad, Şabran, Yevlax, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı və Astara ərazilərində duman müşahidə olunur.

Məlumatda bildirilir ki, sözügedən bölgələrdə görünüş məsafəsi 500 məhdudlaşıb ki, bu da hərəkətində ehtiyatlı olmağı zəruri edir. Ümumilikdə ölkə ərazisində əsasən yağmursuz keçsə də, bəzi yerlərdə cənub-qərb küləyi təsirini göstərir.

Küləyin sürəti ayrı-ayrı bölgələrdə xeyli güclənib. Belə ki, maksimal külək sürəti Kəlbəcərdə 20 m/s, Lerik, Şamaxı və Qobustanda 19 m/s, Yardımlı, Zəngilan və Daşkəsəndə 18 m/s, Cəbrayılda isə 17 m/s-dək qeydə alınıb.

Sinoptiklər mövcud hava şəraiti ilə bağlı sürücülərə və piyadalara diqqətli olmağı tövsiyə edirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax