Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanda dövlət qurumlarına kiberhücumlar kəskin şəkildə artıb

1 dəq
Paylaş:
Azərbaycanda dövlət qurumlarına kiberhücumlar kəskin şəkildə artıb

Bu ilin yanvar-iyun aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət (XRİTDX) dövlət qurumları üçün yaradılmış poçt xidmətində 8 milyon 423 min 541 elektron məktubu emal edib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in XRİTDX-nin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 13 % çoxdur.

Bu ilin ilk 6 ayında emal olunan məktubların 5 milyon 736 min 86-sı istifadəçilərə çatdırılıb, 2 milyon 687 min 455-i isə zərərli tərkibli olduğu üçün bloklanıb.

Bloklanmış məktubların sayı 1 il əvvələ nisbətən isə 99 % və yaxud 2 dəfəyə yaxın artıb.

Xatırladaq ki, 2025-ci ildə dövlət elektron poçt xidmətinə 17 milyon 695 min 349 məktub daxil olub, onlardan 12 milyon 549 min 565-i istifadəçilərə çatdırılıb, 5 milyon 145 min 784-ü zərərli tərkibli olduğu üçün blok edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İKT

Hamısına bax