Operativ Məlumat Mərkəzi

Azərbaycanda 372 saxta sayt və şübhəli link bloklanıb

2 dəq
Paylaş:
Azərbaycanda 372 saxta sayt və şübhəli link bloklanıb

Şübhəli resurslarından 372 saxta sayt, link və keçid bloklanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, DİN ilə Mərkəzi Bankı arasında qurulmuş çərçivəsində kiber sistemli şəkildə təhlil olunur, eyni zamanda bank müştərilərinin maarifləndirilməsi təmin edilir.

Kiberdələduzluğa qarşı effektiv tədbirlər

Ötən il həyata keçirilən tədbirlər nəticəsində onlayn məkanda bank kartlarından talama məqsədilə istifadə edilən 372 şübhəli internet resursu müəyyən olunaraq bloklanıb. Görülən bu tədbirlər bank kartlarına qanunsuz müdaxilə hallarının azalmasına mühüm təsir göstərib.

Vaxtında müraciət oğurluğun qarşısını alır

Aparılan təhlillər göstərir ki, bank kartı istifadəçiləri şübhəli əməliyyatlarla rastlaşdıqları zaman dərhal müştərisi olduqları banka məlumat verdikdə, qabaqlayıcı tədbirlər daha effektiv olur. Bu halda:

kartdakı vəsaitin oğurlanmasının qarşısı alınır,

kartlara müdaxilənin istiqaməti operativ şəkildə müəyyən edilir,

mövcud risklər vaxtında neytrallaşdırılır.

DİN-dən vətəndaşlara çağırış

Daxili İşlər Nazirliyi bank kartı istifadəçilərinə bir daha tövsiyə edir ki, şübhəli əməliyyatlar, naməlum linklər və saxta internet resursları ilə qarşılaşdıqları zaman dərhal:

müştərisi olduqları bank,

orqanları ilə əlaqə saxlasınlar

və bu cür hallara biganə yanaşmasınlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax