Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 20 362 doğulan körpə qeydə alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 8,8-dən 8,0-a düşüb.
Doğulan körpələrin 53,8 faizi oğlan, 46,2 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 698-i əkiz, 27-si isə üçəm olub.
Bundan başqa, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 15 019 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,6-dan 5,9-a qədər artıb.