Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paraplan uçuş aparatı vasitəsilə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələr aşkarlanıb. Ümumilikdə 47 kiloqram marixuana və tiryək, həmçinin 10 104 ədəd psixotrop tərkibli həb müsadirə olunub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, əvvəlcədən müəyyən edilmiş lokasiya vasitəsilə narkotikləri əldə edən 62 yaşlı Calal Qəhrəmanov və 35 yaşlı Rəşid Məmmədəliyev saxlanılaraq Rayon Polis Şöbəsinə aparılıb. Hər iki şəxsin əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri paytaxt ərazisində satışa çıxarmağı planlaşdırıblar. Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırmalar davam etdirilir.