Azərbaycanda işçilərə əmək stajına görə əlavə məzuniyyət günlərinin verilməsi təklif olunur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu mühüm təşəbbüs İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb. Sənəd artıq Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihənin əsas məqsədi işçilərin əmək və istirahət hüquqlarının daha səmərəli təmin edilməsidir. Bu məqsədlə Əmək Məcəlləsinin 116-cı maddəsinə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Təklifə əsasən, əlavə məzuniyyət günləri aşağıdakı kimi hesablanacaq:
İşçinin əmək stajı 15 ildən 20 ilədək olduqda — 6 təqvim günü;
Əmək stajı 20 ildən çox olduqda isə — 8 təqvim günü müddətində əlavə məzuniyyət verilməsi təklif edilir.