Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dövlət qulluqçularının maaş əlavələri ləğv edilir

2 dəq
Paylaş:
Dövlət qulluqçularının maaş əlavələri ləğv edilir

Dövlət qulluqçularının əməkhaqqına bir sıra əlavələrin ləğv edilməsi gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, "Dövlət qulluğu haqqında" qanuna və digər qanunvericilik aktlarına təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət qulluğu sistemində nəzərdə tutulan dəyişikliklərdən biri kimi dövlət qulluqçularının əməkhaqqına bir sıra əlavələrin ləğv edilməsi gözlənilir.

Bu əlavələrə staja, səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər , dövlət büdcəsi hesabına daxildir.

Qeyd edək ki, staja görə əlavələr dövründən asılı olaraq vəzifə maaşının 5-30 faizi aralığında verilən əlavədir.

Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə isə müəyyən olunmuş dövlət qulluğu vəzifələri üzrə aylıq vəzifə maaşının 15 faizi həcmində verilən əlavədir.

Nəzərdə tutulan bu dəyişikliklər dövlət qulluğunda əməkhaqqı sisteminin daha təkmil, optimal və balanslı şəkildə qurulmasına, həmin sistemin sabit və vahid strukturunun formalaşmasına yönəlib.

Əlavə edək ki, qanuna təklif edilən dəyişikliklərdə dövlət qulluğunda mükafat sisteminin ləğv olunması da nəzərdə tutulur.

Layihəyə əsasən, dövlət qulluğunda çalışanlara dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur.

OMM Redaksiyası

Redaksiya heyəti

OperativMMM.az xəbər portalının redaksiya heyəti. Azərbaycanda və dünyada baş verən hadisələri operativ şəkildə işıqlandırırıq. Doğru, qərəzsiz və etibarlı xəbə...

Bütün yazılar

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax