Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi və ilk niyyət axşamıdır.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu axşam müsəlmanlar bütün ay boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.
Artıq sabahdan etibarən İslam dininin müqəddəs kitabı — Qurani-Kərimin nazil olduğu Ramazan ayı başlayır. Bu ay həm də ruhi paklanma, səbir, yardımlaşma və mərhəmət dövrü kimi qəbul olunur.
Müqəddəs ayda oruc tutmaqla yanaşı, duaların artırılması, ehtiyacı olanlara yardım edilməsi və pis vərdişlərdən uzaq durulması tövsiyə edilir.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, Ramazan ayının birinci günü 19 fevral tarixinə, Ramazan bayramı isə 20 mart tarixinə təsadüf edəcək.