Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

19 ton "Şedroe Leto" yağı satışdan çıxarılır

1 dəq
Paylaş:
19 ton "Şedroe Leto" yağı satışdan çıxarılır

Rusiyadan idxal olunmuş bitki tərkibli 19 ton spred yağı məhsulunda aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi () məlumat yayıb.

Bildirilib ki, yağ "Jirovoy Kombinat" müəssisəsinin istehsalıdır. "Oba " MMC tərəfindən idxal edilib. Laborator sınaq nəticəsində ümumi çəkisi 19 ton " Leto" əmtəə nişanlı, 82,5%-lik, 1 kq-lıq məhsul partiyasında "3-monoxlorpropan 1,2-diol (3-MCPD)" və "qlisidol şəklində ifadə olunan qlisidil yağ turşusu efirləri" göstəriciləri üzrə uyğunsuzluq müəyyən edilib. Uyğunsuzluq 24.01.2026-21.09.2026-cı il istehsal və son istifadə tarixli məhsul partiyasına aiddir.

Faktla bağlı AQTA qanunauyğun tədbir görərək sözügedən məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax