Operativ Məlumat Mərkəzi

Müxtəlif ərazilərdə qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib

1 dəq
Paylaş:
Müxtəlif ərazilərdə qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik...

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Yanvarın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 9 avtomat silahı, 3 tapança, 2 qumbaraatan, 5 qumbara, 26 tüfəng, 18 patron darağı və 1286 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər