Nazirlər Kabineti əmlakın rəsmiləşdirilməsi və icra proseslərinə təsir edən mühüm qərar qəbul edərək, 11 sentyabr 2000-ci il tarixli "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Qərara əsasən, notarius icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın əldə olunması barədə şəhadətnamələr verəcək.
Bundan başqa, "İcra haqqında" qanunla müəyyən edilmiş hallarda və müddətdə əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında açıq bazarda satıldıqda, notarius satışdan əldə olunan pul məbləğini öz depozit hesabından icra xidmətinin depozit hesabına köçürəcək.