ABŞ-nin İrana qarşı həyata keçirdiyi son hərbi əməliyyatlar Vaşinqton tərəfindən genişmiqyaslı müharibənin bərpası kimi qiymətləndirilmir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, amerikalı rəsmi şəxsin sözlərinə görə, son hücumlar əvvəlkilərlə müqayisədə daha geniş miqyaslı olsa da, bu, ABŞ və İran arasında tammiqyaslı hərbi qarşıdurmanın başlanması anlamına gəlmir.
Məlumata görə, ABŞ hərbçilərinin Fars körfəzində yerləşən İranın "Keşm" adasına endirdiyi aviazərbələr nəticəsində yaşayış binası dağılıb, iki nəfər isə uçqun altında qalıb.
Nəşr yazır ki, iyulun 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu arasında keçirilən görüşdə İrana qarşı gələcək siyasətlə bağlı üç əsas ssenari müzakirə olunub.
Qeyd olunub ki, tərəflər diplomatik razılaşmanın əldə olunması, İrana qarşı iqtisadi təzyiqlərin və blokadanın sərtləşdirilməsi, eləcə də hərbi əməliyyatların yenidən başlanması variantlarını nəzərdən keçiriblər.