ABŞ hərbi rəsmiləri İraqın qərb hissəsində baş verən təyyarə qəzası ilə bağlı rəsmi məlumat yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ-yə məxsus "KC-135" tipli yanacaqdoldurma təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 6 heyət üzvündən 4-nün öldüyü təsdiqlənib.
Vaşinqtondan verilən açıqlamada hadisənin səbəblərinin araşdırıldığı bildirilir.
"Xinhua" agentliyinin yaydığı məlumata görə, xilasedicilər ərazidə işlərini gücləndirilmiş rejimdə davam etdirirlər.