Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-İran qarşıdurması: Körfəz ölkələri üçün yeni təhlükəsizlik ssenariləri

3 dəq
Paylaş:
ABŞ-İran qarşıdurması: Körfəz ölkələri üçün yeni təhlükəsizlik ssenariləri

ABŞ və İran arasında artan qarşıdurma regionunda vəziyyətini daha da gərginləşdirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ABŞ-nin İrana məxsus hərbi hədəflərə hava zərbələri endirməsindən sonra qonşu ölkələrdə yerləşən Amerika hərbi bazalarına raket və silahlı pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edib. İran rəsmiləri ABŞ qüvvələri arasında itkilərin olduğunu iddia etsə də, Pentaqon bu məlumatı təkzib edərək hücumlar nəticəsində heç bir amerikalı hərbçinin xəsarət almadığını bildirib.

Regionda 50 mindən çox ABŞ hərbçisinin yerləşməsi Körfəz ölkələri üçün ciddi dilemması yaradıb. ABŞ hərbi bazalarının İranın mümkün cavab zərbələrinin hədəfinə çevrilməsi həmin ölkələri birbaşa münaqişə tərəfi olmasalar da, risk qarşısında qoyur.

Xüsusilə Küveyt, Bəhreyn və İordaniya hava məkanlarının pozulması və raket hücumları ilə üzləşdiklərini açıqlayıblar. İordaniya isə hava məkanına daxil olan 13 ballistik raketdən 10-nun zərərsizləşdirildiyini bəyan edib.

Gərginliyin artması fonunda region ölkələri hava hücumundan müdafiə imkanlarını gücləndirməyə başlayıblar. “Patriot” və “THAAD” sistemləri ilə yanaşı, ucuz PUA-ların aşkarlanması və zərərsizləşdirilməsi üçün radar texnologiyalarına da diqqət artırılıb.

ABŞ-nin region ölkələrinə silah satışları da genişlənib. Mart ayında BƏƏ, Küveyt və İordaniyaya ümumi dəyəri 16,5 milyard dollardan çox olan hərbi texnikanın, o cümlədən “F-16” qırıcıları üçün avadanlıqların satışını təsdiqləyib.

Ekspertlər bildirirlər ki, regionda təhlükəsizliyin yalnız hərbi vasitələrlə təmin edilməsi mümkün deyil. Dünyanın ən strateji dəniz keçidlərindən biri olan Hörmüz boğazında hər yeni eskalasiya qlobal enerji və ticarət üçün əlavə risklər yaradır.

Mütəxəssislərin fikrincə, gərginliyin aradan qaldırılması üçün əsas çıxış yolu diplomatik danışıqlardır. Lakin qarşıdurmanın dərinləşməsi tərəflər arasında dialoq imkanlarını da getdikcə məhdudlaşdırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə