Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ 250 nəfərin vətəndaşlığını ləğv etməyə hazırlaşır

2 dəq
Paylaş:
ABŞ 250 nəfərin vətəndaşlığını ləğv etməyə hazırlaşır

ABŞ hökuməti miqrasiya siyasətinin sərtləşdirilməsi çərçivəsində vətəndaşlığı qanunsuz yollarla və ya saxta məlumatlar əsasında əldə etdiyi iddia olunan şəxslərə qarşı genişmiqyaslı hüquqi prosesə başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ABŞ Ədliyyə Nazirliyi cari maliyyə ilinin oktyabr ayında başa çatmasına qədər ən azı 250 vətəndaşlığın ləğvi ilə bağlı iddia qaldırmağı planlaşdırır.

Nazirlik müraciətləri zamanı yalan məlumat verdiyi və ya qanun pozuntusuna yol verdiyi müəyyən edilən şəxslərin vətəndaşlıq statusunun ləğvi üçün ölkə üzrə federal məhkəmələrdə geniş hüquqi prosesə start verməyə hazırlaşır.

DOJ aims to strip citizenship from hundreds of foreign-born Americans, sources say

Son həftələrdə artıq onlarla belə iddia qaldırılsa da, planlaşdırılan 250 işi ABŞ-də sonradan vətəndaşlıq almış təxminən 24 milyon insanın fonunda kiçik rəqəm hesab olunur. Buna baxmayaraq, göstərici əvvəlki dövrlərlə müqayisədə kəskin artım deməkdir.

Belə ki, 1990–2017-ci illər ərzində ABŞ hökuməti orta hesabla ildə cəmi 11 vətəndaşlığın ləğvi işi açırdı.

Federal qanunlar Ədliyyə Nazirliyinə vətəndaşlıq əldə edilərkən saxtakarlıq və ya digər qanun pozuntuları aşkarlandığı halda həmin vətəndaşlığı ləğv etmək səlahiyyəti verir. Lakin federal hakimlərin qərarını tələb edən bu mürəkkəb və uzunmüddətli hüquqi prosedur əvvəlki administrasiyalar dövründə əsasən insan hüquqlarını kobud şəkildə pozanlar və ya ağır cinayətlər törədən şəxslər barəsində tətbiq olunurdu.

What Happens When Your US Citizenship Is Revoked?

administrasiyasının qəbul etdiyi yeni qərarla isə vətəndaşlıqdan məhrumetmə prosesində prioritet sayılan halların və kateqoriyaların əhatə dairəsi genişləndirilib. Bununla da proses daha sərt və genişmiqyaslı kampaniya xarakteri alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax