Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir

2 dəq
Paylaş:
Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir

ərazisində qeyri-sabit müşahidə olunub, bəzi bölgələrdə yağış, əksər ərazilərdə isə qar yağıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 5-i saat 10:00-a olan məlumatında bildirilib.

Məlumata görə, qarın hündürlüyü Zaqatalada (Əlibəy) 36 sm, Qaxda () 31 sm, Şəkidə (Kişçay) 20 sm, Qrızda 14 sm, Şahdağda 13 sm, Xınalıqda 8 sm, Kəlbəcər və Qusarda (Laza) 7 sm, Qubadlı, Laçın və Lerikdə 5 sm, , Quba və Xızıda 4 sm, Şamaxıda 3 sm, Yardımlıda isə 2 sm təşkil edib.

Düşən yağıntının miqdarı Qəbələdə 34 mm, Astarada 23 mm, Lənkəranda 21 mm, Cəlilabad və Neftçalada 18 mm, Oğuzda 15 mm, Balakəndə 14 mm, Biləsuvarda 11 mm, əksər rayonlarda isə 9 mm-dək qeydə alınıb.

Sumqayıt, Tərtər, Göyçay, Lerik, Gəncə, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Qusar və Quba ərazilərində duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və yarımadasında 1 dərəcə şaxta, Naxçıvan MR-da 12 dərəcə şaxta, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək isti qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax