Ukraynadakı münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar növbəti həftə ərzində davam etdiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bəyanat verib.
Uitkoffun sözlərinə görə, Əbu-Dabidə keçirilən görüşlər zamanı mühüm irəliləyişlər qeydə alınıb.
O, tərəflər arasında müsbət proseslərin getdiyini vurğulayaraq bildirib:
“Danışıqlar təxminən bir həftə sonra yenidən başlayacaq. Rusiya və Ukrayna arasında bir çox konstruktiv məqamlar müşahidə olunur. Münaqişənin həlli üçün diplomatik səylər artırılır",
Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov daha əvvəl verdiyi açıqlamada Rusiya, ABŞ və Ukrayna nümayəndələrindən ibarət təhlükəsizlik qrupunun növbəti görüşünün fevralın 1-də Əbu-Dabidə baş tutacağını təsdiqləmişdi.
Moskva rəsmiləri birbaşa dialoqun qurulmasını münaqişənin nizamlanması yolunda atılmış müsbət addım hesab edirlər.