Azərbaycan millisinin oktyabrın 11-də səfərdə Estoniya, 14-də evdə Slovakiya yığmasına qarşı keçirəcəyi UEFA Millətlər Liqasının oyunları üçün heyəti bəlli olub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, baş məşqçi Fernandu Santuş siyahıya 24 oyunçu cəlb edib.
| 1 | Mehdi Cənnətov | Sumqayıt |
| 2 | Rza Cəfərov | Neftçi |
| 3 | Aydın Bayramov | Zirə |
| 4 | Bəhlul Mustafazadə | Qarabağ |
| 5 | Abbas Hüseynov | Qarabağ |
| 6 | Qismət Alıyev | Zirə |
| 7 | Rahil Məmmədov | Radomiak Radom, Polşa |
| 8 | Zamiq Əliyev | “Eqnatia”, Albaniya |
| 9 | Bədavi Hüseynov | Qarabağ |
| 10 | Anton Krivotsyuk | Daejeon Hana Siti, Cənubi Koreya |
| 11 | Şəhriyar Əliyev | Turan Tovuz |
| 12 | Elvin Cəfərquliyev | Qarabağ |
| 13 | Coşqun Diniyev | Bandırmaspor, Türkiyə |
| 14 | Elvin Camalov | Sabah |
| 15 | Aleksey İsayev | Qarabağ |
| 16 | Xəyal Nəcəfov | Turan Tovuz |
| 17 | Ceyhun Nuriyev | Zirə |
| 18 | Emin Mahmudov | Neftçi |
| 19 | Toral Bayramov | Qarabağ |
| 20 | Ozan Can Kökçü | HJK, Finlandiya |
| 21 | Rüstəm Əhmədzadə | Zirə |
| 22 | Ramil Şeydayev | Neftçi |
| 23 | Mahir Emreli | Nürnberq, Almaniya |
| 24 | Renat Dadaşov | Ankaragücü, Türkiyə |
Millimiz oktyabrın 7-də toplaşacaq və ayın 8-9-da "Neftçi" Futbol Mərkəzində məşq keçəcək. Komanda oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernandu Santuş komandanı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Lilleküla” stadionunda Estoniya ilə oyunöncəsi son məşqə çıxaracaq. Milli Estoniya yığması ilə görüşdən bir gün sonra – oktyabrın 12-də səhər məşqə çıxacaq, Bakı vaxtı ilə saat 14:00-da isə Bakıya qayıdacaq. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq olacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.