FIFA referisi Tural Qurbanov növbəti təyinat alıb.
“Operativ Məlumat Mərkəzi-OMM” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Deçiç" (Monteneqro) – "Liepaya" (Latviya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Görüş iyulun 15-də Tuzi şəhərində yerləşən "Tuşko Polje" stadionunda, Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.