Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-İsrail hücumları: 69 məktəblinin kimliyi bilinmir

2 dəq
Paylaş:
ABŞ-İsrail hücumları: 69 məktəblinin kimliyi bilinmir

İranın cənubunda məktəbə hücum zamanı həlak olan şagirdlərlə bağlı yeni məlumat açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, "Tasnim News Agency"nin məlumatına görə, şəhərində yerləşən “Şəcərə Təyyəbə” ibtidai məktəbinə ABŞ-İsrail hava hücumları nəticəsində həyatını itirən 168 şagirddən 99-nun şəxsiyyəti tam müəyyən edilib və ictimaiyyətə açıqlanıb. Daha 69 şagirdin isə şəxsiyyəti hələ təsdiqlənməyib.

Məlumata görə, bunu İran Təhsil Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Sadeqi bildirib. Onun sözlərinə görə, itkin düşmüş şagirdlərin kimliyinin dəqiqləşdirilməsi üçün ailələrdən DNT nümunələri təqdim etmələri tələb olunur.

Bildirilir ki, Minabdakı üçün nəzərdə tutulmuş ibtidai məktəb 28 fevral 2026-cı ildə ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatları zamanı vurulub. İran rəsmiləri və dövlət mediası hadisəni pisləyərək hücum nəticəsində 168 uşağın həlak olduğunu, onlarla şagirdin isə yaralandığını açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax