Hacıqabul rayonunda törədilən oğurluq hadisəsi ilə bağlı Mahir Abdullayev və Sahil Məmmədov saxlanılıblar. Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, həmin şəxslər rayon ərazisində yerləşən evlərdən birinə daxil olaraq oğurluq ediblər.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər M.Abdullayevin qohumuna məxsus evdən 25 000 manat və 10 000 ABŞ dolları məbləğində pulu ələ keçiriblər.
Faktla bağlı cinayət işi açılıb. Məhkəmənin qərarı ilə M.Abdullayev və S.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.