Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ramil Həsən və Cevdet Yılmaz TÜRKPA-nın yol xəritəsini müzakirə edib

2 dəq
Paylaş:
Ramil Həsən və Cevdet Yılmaz TÜRKPA-nın yol xəritəsini müzakirə edib

Assambleyasının (TÜRKPA) Ramil Həsən Türkiyədə rəsmi görüşləri çərçivəsində bu ölkənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, R.Həsən görüşdə son dövrdə qurumun həyata keçirdiyi layihələr, daimi komissiyaların və qrupların fəaliyyəti, vitse-prezidentinin Azərbaycana son səfəri çərçivəsində TÜRKPA-ya ziyarətindən böyük məmnuniyyət duyduğunu vurğulayıb.

O, eyni zamanda, görülən işlərlə bağlı ətraflı məlumat verib, həmçinin qardaş türk dövlətləri arasındakı münasibətlərin yeni mərhələyə yüksəldilməsi, Türk Dövlətləri Təşkilatı nəzdində dövlət başçılarının həyata keçirdiyi mühüm strateji tarixi qərarların parlamentlər tərəfindən ratifikasiya edilməsi kimi proseslərdə TÜRKPA-nın oynadığı və oynaya biləcəyi roldan bəhs edib, gələcək planlardan danışıb.

Cevdet da öz növbəsində TÜRKPA-nın fəaliyyətinə xüsusi önəm verdiklərini, bundan sonra da Türk Dövlətləri Parlament Assambleyasının strateji münasibətlərinin inkişafı, yeni mərhələdə gücləndirilməsi, parlament diplomatiyasının və parlamentlər arasında qanunvericiliklərin yaxınlaşdırılması və ortaq parlament platformasının qurulması kimi istiqamətlərdə qurumun xüsusi və mühüm rolundan bəhs edib.

O, Türkiyə olaraq TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə əlindən gələn dəstəyi göstərməyə davam edəcəyini də vurğulayıb.

Görüşdə TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali də iştirak edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax