Operativ Məlumat Mərkəzi

Türkiyənin yeni PUA-sı hazırlanıb

1 dəq
Paylaş:
Türkiyənin yeni PUA-sı hazırlanıb
yeni PUA-nın özəlliyi şəkil dəyişməsidir. Belə ki, PUA "qolları" qatlanmış formada havaya qaldırılır. Lazımi yüksəkliyə çatdıqdan sonra açılaraq...

Türkiyədə yeni pilotsuz uçuş aparatı (PUA) hazırlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yeni PUA-nın özəlliyi şəkil dəyişməsidir.

Belə ki, PUA "qolları" qatlanmış formada havaya qaldırılır. Lazımi yüksəkliyə çatdıqdan sonra açılaraq pərvanələrini döndərməyə başalyır. Bu özəlliyi sayəsində yeni PUA həm sabit, həm də hərəkətli obyektdən havaya qalxa bilir.

Uçuş testindən uğurla keçən PUA 5 kameraya sahibdir və rahatlıqla 200 metr hündürlüyə qalxa bilir.

Xatırladaq ki, ilk dəfə TEKNOFEST-də nümayiş etdirilən bu PUA-nın kütləvi istehsalına iyun ayında başlanılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər