Operativ Məlumat Mərkəzi

Türkiyəli sürücü Şəmkirdə baş verən yol qəzasında xəsarət aldı

1 dəq
Paylaş:
Türkiyəli sürücü Şəmkirdə baş verən yol qəzasında xəsarət aldı

Şəmkirdə yol qəzası baş verib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan qoşqulu yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü - Türkiyə vətəndaşı, 1961-ci il təvəllüdlü Ali Mendi Zayiroğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər