Türkiyənin Azərbaycandakı Səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə rəsmi təbrik ünvanlayıb. Qurumun sosial media hesablarında yer alan paylaşımda qardaş ölkələr arasındakı münasibətlərin yüksək səviyyəsinə diqqət çəkilib.
Paylaşımda bildirilir: “Həm kədəri, həm də sevinci bölüşdüyümüz qardaş xalqımız Azərbaycanın Müstəqillik Gününü ürəkdən qeyd edirik. Ortaq tariximizə, möhkəm qardaşlığımıza və qarşılıqlı əməkdaşlığımıza uyğun olaraq 'bir millət, iki dövlət' anlayışı əsasında formalaşan müstəsna münasibətlərimizi daha da inkişaf etdirməyə davam edəcəyik. Müstəqillik Gününüz mübarək!”