Türkiyə Ukrayna ilə bağlı yüksək səviyyəli danışıqlar üçün təhlükəsizlik təmin etməyə hazır olduğunu açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli danışıqların üçüncü raundu fevralın 17-18-də Cenevrədə keçirilib.
Bildirilib ki, Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edib və o, danışıqları “çətin, lakin işgüzar” kimi qiymətləndirib.