Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz İranın Prezidenti Məsud Pezeşkiyanla görüş keçirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, görüş Tehranda keçirilən anım mərasimi çərçivəsində baş tutub.
Məlumata görə, Cevdet Yılmaz görüşlə bağlı "X" sosial şəbəkəsində paylaşım edərək, qardaş İran xalqının yaşadığı çətin günlərdə onların kədərini bölüşdüklərini bildirib. O, Türkiyənin regional sülh və sabitliyin təmin olunması, dialoq kanallarının genişləndirilməsi və münaqişələrdən sonrakı normallaşma prosesinə dəstəyini davam etdirəcəyini vurğulayıb.
Bildirilir ki, görüş zamanı iki ölkə arasında iqtisadiyyat, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub. Yılmaz Türkiyənin bu istiqamətlərdə İranla əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu qeyd edib.
Qeyd edək ki, Türkiyənin vitse-prezidenti sonda Məsud Pezeşkiyana qəbul üçün təşəkkür edib, həmçinin İran dövlətinə və xalqına başsağlığı verib.