Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Trump Media" növbəti dəfə milyonlarla dollar zərər açıqladı

3 dəq
Paylaş:
"Trump Media" növbəti dəfə milyonlarla dollar zərər açıqladı

Donald Trampın sahibi olduğu " and Technology Group" 2026-cı ilin birinci rübü üçün maliyyə hesabatını dərc edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bu dövrdə 405 milyon dollardan çox xalis zərər etdiyini, gəlirlərinin isə cəmi 871 min dollar səviyyəsində qaldığını açıqlayıb.

Rəhbərliyin məlumatına görə, böyük itkilərin kökündə rəqəmsal aktivlərin dəyərdən düşməsi dayanır. Belə ki, zərərin təxminən 368,7 milyon dolları məhz rəqəmsal aktivlərlə bağlıdır.

Bundan əlavə, faiz xərcləri 11,5 milyon dollar, səhm əsaslı ödənişlər isə 11,8 milyon dollar təşkil edib.

Bütün bunlara baxmayaraq, şirkətin ümumi aktivlərinin 2,2 milyard dollar olduğu və ardıcıl dördüncü rübdə müsbət pul axını əldə edildiyi vurğulanıb.

Birjada "Trump Media" səhmləri cümə günü 9 dollardan aşağı qiymətə satılıb. İlin əvvəlindən bəri dəyər itirən səhmlər 2022-ci ildəki pik göstəricilərdən 10 dəfə aşağı düşüb. Maliyyə itkilərinin dinamikası da diqqət çəkir: 2023-cü ildə 58,2 milyon dollar olan xalis zərər 2024-cü ildə 400 milyon dolları, 2025-ci ildə isə 712 milyon dolları ötüb. Xatırladaq ki, ötən ay şirkətin uzunmüddətli baş direktoru Devin Nunes vəzifəsindən azad edilib.

Hazırda media qrupu fərqli sektorlara yönələrək investorların diqqətini cəlb etməyə çalışır.

Dekabr ayında "" ilə 6 milyard dollarlıq birləşmə müqaviləsi imzalandığı elan edilib. 2026-cı ilin ortalarında yekunlaşması planlaşdırılan bu razılaşma çərçivəsində nüvə sintezi stansiyasının inşası və 2031-ci ilə qədər elektrik enerjisi istehsalı hədəflənir.

Digər tərəfdən, "" sosial şəbəkəsi üzərindən proqnoz bazarları xidmətinin təqdim edilməsi də nəzərdə tutulur. ABŞ mətbuatı yazır ki, platformanın ayrıca bir şirkətə çevrilməsi variantı da nəzərdən keçirilir. Eyni zamanda, Trampın oğlu Jr. hazırda "Kalshi""Polymarket" kimi proqnoz platformalarında məsləhətçi kimi fəaliyyət göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax