Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Xulian Alvareslə bağlı transfer davası: Futbolçu İngiltərəyə getmək istəmir

2 dəq
Paylaş:
Xulian Alvareslə bağlı transfer davası: Futbolçu İngiltərəyə getmək istəmir

Madridin "" klubunun hücumçusu bazarının diqqət mərkəzində qalmaqda davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu ilə maraqlanan klublar arasında "" əsas namizəd kimi göstərilsə də, Madrid təmsilçisi onu kataloniyalı rəqibinə satmaq niyyətində deyil.

"Atletiko"nun icraçı direktoru Migel Anxel Xil "Barselona"nın prezidenti Xuan Laportaya klubun mövqeyini açıq şəkildə çatdırıb.

Məlumata görə, Madrid klubu futbolçunu "Barselona"ya buraxmaqdan imtina edib. Bunun əvəzində, "Atletiko" rəhbərliyinin İngiltərənin "" klubu ilə ilkin razılığa gəldiyi bildirilir.

Transfer prosesindəki əsas maneə isə oyunçunun öz istəyidir. Xulian Alvares İngiltərəyə qayıtmaq variantını qəti şəkildə rədd edir və karyerasını yalnız "Barselona"da davam etdirmək niyyətindədir. Futbolçunun bu mövqeyi transfer danışıqlarını dalana dirəyib.

Qeyd edək ki, "Transfermarkt" portalı 26 yaşlı hücumçunun bazar dəyərini 100 milyon avro olaraq qiymətləndirir. Ötən həftə Madridin "Real" klubu futbolçu üçün 150 milyon avroluq təklif irəli sürsə də, "Atletiko" bu təklifi geri çevirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax