“Liverpul”un əsas müdafiəçilərindən olan Endryu Robertsonun “Tottenhem”ə mümkün transferi reallaşmayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Futzal üzrə Azərbaycan millisi Danimarka ilə ikinci yoldaşlıq oyununa çıxacaq
Qeyd edilib ki, Mersisayd təmsilçisi bu keçidə icazə verməyib.
Mənbənin məlumatına əsasən, klub rəhbərliyi “Tottenhem”in baş məşqçisi Tomas Franka bildirib ki, 31 yaşlı şotland futbolçunun yerini doldura biləcək uyğun alternativ tapılmadığı üçün transfer təsdiqlənməyəcək.
Endryu Robertson 2017-ci ildən “Hull City”dən “Liverpul”a transfer olunandan sonra komandanın əsas oyunçularından birinə çevrilib. O, cari mövsümdə bütün turnirlər üzrə 22 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Təcrübəli müdafiəçinin “Liverpul”la mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının qiymətləndirməsinə görə, futbolçunun bazar dəyəri təxminən 12 milyon avro təşkil edir.