ABŞ Prezidenti Donald Tramp sosial media hesabında etdiyi paylaşımda 2025-ci ilin iyun ayında İrandakı nüvə obyektlərinə qarşı həyata keçirilən hücum barədə danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, hədəflərin tamamilə məhv edildiyini iddia edib.
Tramp qeyd edib ki, yüksək dərəcədə zənginləşdirilmiş uranın bu obyektlərdən təmizlənməsi xeyli vaxt aparacaq:
"Gecəyarısı Çəkici" əməliyyatı İranın nüvə obyektlərinin tamamilə məhv edilməsi ilə nəticələndi. Lakin nüvə materiallarının oradan çıxarılması uzun və çətin bir proses olacaq".
Bundan əlavə, o, "CNN" və digər media qurumlarını tənqid edərək, onların əməliyyatda iştirak edən şəxsi heyətin əməyini lazımi səviyyədə qiymətləndirmədiyini bildirib.
Tramp bu hücumları böyük uğur adlandırsa da, mediaya sızan ilkin zərər qiymətləndirmə hesabatlarında hücumların İranın nüvə proqramını tam məhv etmədiyi, sadəcə bir neçə ay geriyə atdığı iddia olunur.