Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp: "İsraili İrana hücum etməyə mən məcbur etmiş ola bilərəm"

2 dəq
Paylaş:
Tramp: "İsraili İrana hücum etməyə mən məcbur etmiş ola bilərəm"

ABŞ Prezidenti Ağ Evdə Almaniya Kansleri ilə bir araya gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdən sonra mətbuata açıqlama verən Tramp, Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda sensasion fikirlər səsləndirib.

O, İsrailin İrana qarşı hərbi addımlarında həlledici rol oynadığını eyham vuraraq, "İsraili bu mövzu ilə bağlı mən məcbur etmiş ola " deyib.

Trampın sözlərinə görə, İranın ilk hücumu həyata keçirəcəyinə dair əminlik olduğu üçün qabaqlayıcı tədbirlər görülüb.

O, hazırda İranın hava hücumundan müdafiə sistemlərinin və aşkarlama obyektlərinin tamamilə sıradan çıxarıldığını iddia edib.

ABŞ lideri qeyd edib ki, İranın hərbi gücü tamamilə bitirilməli və ölkədə daha yaxşı bir rəhbərlik formalaşmalıdır.

İranın daxili vəziyyəti və gələcək liderlik məsələlərinə də toxunub:

“İranda liderlik üçün nəzərdə tutulan bir çox şəxs artıq həyatda deyil. Biz sadəcə irəliləməyə davam edəcəyik və İranda daha uyğun birinin hakimiyyətə gəlməsini istəyirik. Ən pis ssenari odur ki, hakimiyyət dəyişikliyindən sonra gələn şəxs əvvəlki qədər pis olsun”.

münasibətlər barədə danışan Tramp, Almaniyanın İran məsələsindəki fəaliyyətini yüksək qiymətləndirib. Lakin o, İspaniya ilə bütün ticarət əlaqələrinin kəsiləcəyini və Böyük Britaniyanın mövqeyindən narazı olduğunu bildirib. H

adisələrin çox sürətlə inkişaf etdiyini deyən ABŞ lideri, səfirliklərin təxliyəsi üçün hələlik xüsusi bir planın olmadığını vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax