ABŞ Prezidenti Donald Tramp Almaniyada “Alternativ für Deutschland” (AfD) partiyasının seçkilərdə əldə etdiyi uğuru şərh edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
O, AfD-ni populist partiya adlandıraraq, qurumun Almaniyada “dəhşətli miqrasiya qanunları” fonunda populyarlıq qazandığını bildirib.
“Almaniyada populist partiya üçün təntənəli gecədir. Onlar nəhayət Almaniyaya ciddi ziyan vuran tamamilə dəhşətli immiqrasiya qaydalarından və normalarından yorulublar”, – deyə ABŞ lideri yazıb.
Tramp əlavə edib ki, regional seçkilərdə qalib gələn partiyanın mövqeyi güclənir.
AfD daha əvvəl Saksoniya-Anhalt əyalət parlamentinə keçirilən seçkilərdə 43,8 faiz səslə qalib gəlib. Hakim Xristian Demokrat İttifaqı (CDU) isə 17,2 faiz səs toplayıb.