Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp Ağ Evdə Artemis II Ay missiyası astronavtlarını qəbul etdi

3 dəq
Paylaş:
Tramp Ağ Evdə Artemis II Ay missiyası astronavtlarını qəbul etdi

ABŞ Prezidenti Donald ölkəsinin 2029-cu ilə qədər Aya astronavt göndərmək üçün yaxşı şansa malik olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

UHPlwgiXrEFwY7Bmaid5yi9xmBEEAGVf0Dq6FCgF.webp

Məlumata görə, Tramp bu fikirləri Ağ Evdə II missiyasını həyata keçirən dörd astronavt – Rid , Ceremi Hansen, Kristina Kox və Viktor Qlover üçün təşkil olunan rəsmi qəbul zamanı səsləndirib.

Qeyd olunub ki, astronavtlar aprelin əvvəlində Ay ətrafında tarixi uçuş həyata keçirərək, indiyədək heç bir insanın getmədiyi daha dərin kosmosa səyahət edib və Yerə sağ-salamat qayıdıblar. Bu, 50 ildən artıq müddətdə Aya ilk insanlı missiya kimi qiymətləndirilir.

Tramp çıxışı zamanı bildirib: “Ölkəmizi yenidən möhtəşəm edən məhz bu kimi insanlardır. Biz bu insanlarla fəxr edirik, onların inanılmaz cəsarəti var”.

Bildirilib ki, 20 dəqiqədən çox davam edən tədbir zamanı astronavtlara sual verməyib və onlar çıxış boyu onun arxasında dayanıb.

Məlumata əsasən, jurnalistlərin Trampın prezidentlik müddəti başa çatmadan astronavtların Ay səthinə qayıtmasının mümkün olub-olmaması ilə bağlı sualına o, bunun yüksək ehtimallı olduğunu deyib.

jlIvpVz3cxF0apw54CMpQgftvA5T3Z0uxWY5Q5aO.webp

Qeyd edilib ki, Artemis II missiyası 1 aprel 2026-cı ildə NASA-nın Kennedi Mərkəzindən Kosmik Buraxılış Sistemi raketi ilə start götürüb. Bu, Orion kosmik gəmisinin ilk ekipajlı uçuşu və Apollo proqramından sonra dərin kosmosa ilk insan missiyası olub.

Bildirilib ki, 6 aprel tarixində kosmik gəmi Ay ətrafında dövr edərək Yer kürəsindən təxminən 400 min kilometr məsafəyə yaxınlaşıb, daha sonra sərbəst geri dönüş trayektoriyası ilə Yerə qayıdıb.

Məlumata görə, missiya zamanı ekipaj həyat təminatı, naviqasiya və idarəetmə sistemlərini, həmçinin uzaq məsafələrdə rabitə imkanlarını sınaqdan keçirib. Bu uçuş gələcək ekspedisiyalar üçün mühüm texniki test kimi qiymətləndirilir.

Qeyd olunub ki, ABŞ 2028-ci ilə qədər Aya insan göndərməyi planlaşdırır. Lakin mütəxəssislər SpaceX və Blue Origin şirkətləri tərəfindən hazırlanan Ay eniş aparatlarının vaxtında hazır olub-olmayacağına şübhə ilə yanaşırlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax