Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp Ağ Evdə 200 milyonluq zal və vertolyot meydanı tikdirir

2 dəq
Paylaş:
Tramp Ağ Evdə 200 milyonluq zal və vertolyot meydanı tikdirir

ABŞ Prezidenti Donald Trump Ağ Evin yaxınlığında xüsusi meydançasının tikintisini nəzərdən keçirir.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Bu addım prezidentin vertolyotla Ağ Evin Qazon çəmənliyinə enişi və ya oradan havaya qalxışı zamanı ərazinin zədələnməsinin qarşısını almaq məqsədi daşıyır.

Məlumata görə, əvvəl istifadə olunan VH-3D Sea King modeli ilə müqayisədə daha güclü olan yeni vertolyotu VH-92A Patriot mühərrikləri və işlənmiş qazları səbəbindən qazon örtüyünə ciddi ziyan vura, hətta torpağı yandıra bilər. Qeyd olunur ki, bu vertolyot 2024-cü ildən prezident uçuşlarında istifadə olunsa da, indiyədək Cənubi Qazon ərazisinə eniş etməyib.

VH-92A modelinin ot örtüyü üzərində təhlükəsiz eniş etməsi üçün aparılan modifikasiya cəhdləri uğursuz olduğundan, alternativ olaraq vertolyot meydançasının tikintisi gündəmə gəlib. Bu səbəbdən əvvəlki modelin planlaşdırıldığından daha uzun müddət — ən azı 2027-ci ilə qədər xidmətdə qalacağı bildirilir.

Hazırkı ABŞ liderinin Ağ bir sıra dəyişikliklər həyata keçirdiyi də qeyd olunur. Belə ki, Şərq Qanadının yerində dəyəri 200 milyon dollardan çox olan bal zalının tikintisini təşviq edib, Gül Bağındakı qazonun yenilənməsini və rəqs üçün parket döşəmənin salınmasını tapşırıb. Bundan əlavə, prezident iqamətgahındakı bir neçə otaq yenidən dizayn olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax