Bakının bir sıra əsas yollarında və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Rəsmi açıqlamaya əsasən, paytaxtda avtomobillərin hərəkətində çətinlik yaranan istiqamətlər aşağıdakılardır:
Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;
Binəqədi şosesi – “Azadlıq prospekti” metro stansiyası yönündə;
Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından şəhər mərkəzinə doğru;
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində;
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrosu istiqamətində;
Heydər Əliyev prospekti (əsas yol) – mərkəz istiqamətində;
Heydər Əliyev prospekti (köməkçi yol) – mərkəz istiqamətində;
8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəzə doğru;
Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov küçəsi istiqamətində;
Yusif Səfərov küçəsi – şəhər mərkəzi yönündə;
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyədək;
Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsinə qədər.
NİİM sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən alternativ marşrutlardan istifadə etməyi və yol şəraitini nəzərə almağı tövsiyə edir.