Operativ Məlumat Mərkəzi

Tovuzda narkotik vasitənin təsiri altında olan sürücü saxlanılıb

1 dəq
Paylaş:
Tovuzda narkotik vasitənin təsiri altında olan sürücü saxlanılıb
Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Toyota” markalı avtomobilin sürücüsünə...

Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Toyota” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Sürücü Ə. Axundov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub. Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər