Operativ Məlumat Mərkəzi

Tərtər və Laçın rayonunda silah-sursat tapılıb

1 dəq
Paylaş:
Tərtər və Laçın rayonunda silah-sursat tapılıb
İşğaldan azad edilmiş ərazilərdə xeyli silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat...

İşğaldan azad edilmiş ərazilərdə xeyli silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Tərtər və Laçın Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə keçirilən nəzarət profilaktik tədbirlər zamanı erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən xeyli silah-sursat tapılıb.

Tərtər rayonunun Talış kəndi ərazisində 1 ədəd tank əleyhinə idarə olunan raket sistemi, 17 müxtəlif təyinatlı mərmi, Laçın rayonunun Qarıkaha kəndində isə 3 əl qumbarası aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər