Beyləqan sakinindən külli miqdarda narkotik aşkarlandı

Beyləqan sakinindən külli miqdarda narkotik aşkarlandı
23.02.2023 09:33
Aa
dəq

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinindən 5 kiloqramdan artıq narkotik vasitələr aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkumluq həyatı yaşamış Elşən İmanov şəhər ərazisində saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bükümlərdə qablaşdırılmış marixuana və tiryək aşkarlanıb.

Daha sonra onun yaşadığı ünvanda aparılan müvafiq axtarış zamanı 3 kiloqram 135 qram marixuana və 2 kiloqram 200 qram tiryək aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həftənin ən çox oxunanları

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur
DAVAMIN OXU davamın oxu

İlqar Mustafayev həbs edildi

İlqar Mustafayev həbs edildi
DAVAMIN OXU davamın oxu

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı
DAVAMIN OXU davamın oxu

Bu məntəqələrin nəticələri ləğv olundu

Bu məntəqələrin nəticələri ləğv olundu
DAVAMIN OXU davamın oxu

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü
DAVAMIN OXU davamın oxu