Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əfqanıstan və Pakistan arasında gərginlik: Hava zərbələri və qarşılıqlı ittihamlar

2 dəq
Paylaş:
Əfqanıstan və Pakistan arasında gərginlik: Hava zərbələri və qarşılıqlı ittihamlar

arasında münasibətlər yenidən gərginləşib. Əfqanıstandakı “Taliban” rəhbərliyi Pakistan ərazisinə endirdiyini rəsmən təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, əməliyyatlar Pakistanın əyalətinin Saranan qəsəbəsi və Xeybər-Paxtunxva bölgəsindəki bəzi məntəqələrdə həyata keçirilib. Kabil tərəfi bu zərbələrin “DEAŞ” terror təşkilatına məxsus mövqeləri hədəf aldığını açıqlayıb.

Məlumata görə, Pakistan hadisəyə sərt reaksiya verib. Pakistan Silahlı Qüvvələri ölkənin hava hücumundan müdafiə sistemlərinin Bəlucistan üzərində 4 pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini bildirib.

Bildirilib ki, yerli rəsmilərin açıqlamasına əsasən, vurulan PUA-lardan biri Saranan qəsəbəsində yerləşən məktəblərdən birinin yaxınlığına düşüb. Hadisə nəticəsində 2 nəfərin yaralandığı qeyd olunub.

Qeyd edək ki, bölgədə son günlər daha da artıb. Məlumata görə, bazar ertəsi günü Pakistan Əfqanıstanın şərq bölgələrinə hava zərbələri endirib və nəticədə azı 28 nəfər həyatını itirib.

Pakistan rəsmiləri Əfqanıstanı öz ərazilərində fəaliyyət göstərən silahlı qruplara sığınacaq verməkdə və hücumların planlaşdırılmasına şərait yaratmaqda ittiham edir. “Taliban” hökuməti isə bu ittihamları qəbul etmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax