Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabah 33 dərəcə isti olacaq

2 dəq
Paylaş:
Sabah 33 dərəcə isti olacaq

Azərbaycanda iyunun 11-də 33 dərəcə isti olacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. -şərq axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22, bəzi yerlərdə 25-28° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax