Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Ali Rəhbərinin dəfn mərasimi ilə bağlı Tehranda uçuşlar dayandırılır

2 dəq
Paylaş:
İran Ali Rəhbərinin dəfn mərasimi ilə bağlı Tehranda uçuşlar dayandırılır

İran İslam Respublikasının rəhbərliyi Ali Əli Xameneinin ilə əlaqədar Tehranın hava məkanını müvəqqəti olaraq üçün tamamilə bağlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın Mülki Təşkilatının rəhbəri və yol və şəhərsalma nazirinin müavini Hüseyn Purfərzanə məlumat verib.

Məlumata görə, İranın “IRIB” agentliyinin “Telegram” kanalında yayılan açıqlamada bildirilib ki, mərasim günü bütün mülki aviasiya reysləri dayandırılıb və paytaxt səması tam şəkildə uçuşlar üçün məhdudlaşdırılıb.

Bildirilir ki, uçuşların bərpası ilə bağlı qərar mərasim tədbirlərinin yekunlaşmasından sonra veriləcək.

Qeyd olunur ki, iyulun 3-ü səhər saatlarında Tehranda Əli Xameneinin vida mərasimi başlayıb. Mərhumun cənazəsi “Musalla İmam Xomeyni” dini kompleksinə gətirilib və yüzlərlə insanın iştirakı ilə vida mərasimi keçirilib.

Məlumata əsasən, daha sonra xarici ölkələrdən gələn rəsmi nümayəndə heyətləri üçün ayrıca protokol tədbiri təşkil olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax