Operativ Məlumat Mərkəzi

TDT Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib

1 dəq
Paylaş:
TDT Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib
başsağlığı təşkilatın “X” sosial şəbəkəsindəki hesabında yerləşdirilib. "Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin...

Türk Dövlətləri Təşkilatı (TDT) Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, başsağlığı təşkilatın “X” sosial şəbəkəsindəki hesabında yerləşdirilib.

"Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından dərindən kədərləndik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq. Dualarımız bu faciədən təsirlənən hər kəslədir", - paylaşımda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər