Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yaponiyada "Jangmi" qasırğası: Reyslər təxirə salındı, minlərlə ev işıqsız qaldı

2 dəq
Paylaş:
Yaponiyada "Jangmi" qasırğası: Reyslər təxirə salındı, minlərlə ev işıqsız qaldı

İyunun 3-də Yaponiyada tüğyan edən "Jangmi" adlı şiddətli tropik qasırğa ölkənin mərkəzi və şərq bölgələrində həyatı çətinləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, güclü küləklər və leysan yağışları nəticəsində əlaqələri kəsilib, biznes fəaliyyəti dayanıb və on minlərlə ev elektrik enerjisiz qalıb.

Xüsusilə paytaxt Tokio yaxınlığında yerləşən "Meguro" çayı və digər su hövzələrinin daşması təhlükəsi yaranıb.

Agentliyinin məlumatına görə, qasırğanın mərkəzi Honşu adasının sahillərindən şimal-şərqə, böyük Tokio regionuna doğru irəliləyir.

Küləyin sürətinin saniyədə 25 metrə çatdığı bildirilir. Hakimiyyət orqanları ölkənin Sakit okean sahili boyu yerləşən bölgələrdə həyati təhlükənin yüksək olduğu barədə xəbərdarlıq edib. Səkkiz prefekturada yüz minlərlə sakin üçün təxliyə tövsiyələri verilib.

Hökumət sözçüsü Minoru Kihara mətbuat konfransında bildirib ki, çərşənbə günü səhər saatlarına olan məlumata görə, təxminən 60 min ev təsərrüfatında elektrik enerjisinin verilişi dayandırılıb. Sakinlərdən sahil və çay kənarı ərazilərdə diqqətli olmaları, yerli orqanların təxliyə təlimatlarına riayət etmələri tələb olunur.

hava nəqliyyatına da ciddi zərbə vurub. Tokionun "Haneda" hava limanında yüzlərlə reys təxirə salınıb və ya ləğv edilib. "Japan Airlines" və "All Nippon Airways" kimi iri aviaşirkətlər uçuş cədvəllərində dəyişiklik etmək məcburiyyətində qalıb. Ümumilikdə, çərşənbə günü səhərədək 900-ə yaxın və daxili reys yerinə yetirilməyib. Hava limanında gözləyən sərnişinlər uçuşların saatlarla gecikməsi səbəbindən çətin vəziyyətlə üzləşiblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax