TASS-ın baş direktoru və baş direktorun birinci müavini İlham Əliyevi təbrik edib

TASS-ın baş direktoru və baş direktorun birinci müavini İlham Əliyevi təbrik edib
16.02.2024 12:08
Aa
dəq

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşov və baş direktorun birinci müavini Mixail Qusmandan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından səmimi təbriklərimizi çatdırırıq.

Seçkilər Sizin siyasi kursunuza ümumxalq dəstəyini inamlı şəkildə nümayiş etdirdi. Əminik ki, Sizin dövlət başçısı vəzifəsində fəaliyyətiniz gələcəkdə də ölkələrimiz arasında konstruktiv əlaqələrin və tərəfdaşlıq qarşılıqlı fəaliyyətinin davam etməsinə kömək edəcək.

TASS Azərbaycan Respublikası, onun aparıcı kütləvi informasiya vasitələri, siyasi, ictimai, mədəni və elmi dairələri ilə sıx əməkdaşlıq tarixinə malikdir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Rusiya və Azərbaycanın informasiya sahəsində əməkdaşlığı dövlətlərimiz və xalqlarımız arasında sıx əlaqələrin inkişafında mühüm rol oynasın. Bununla əlaqədar agentliyimizin Azərbaycan Respublikasında fəaliyyətinə Sizin davamlı dəstəyinizə və köməyinizə güvənirik".

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu